AZ

Avropa çempionatı: Azərbaycan futzal millisi Xorvatiya ilə qarşılaşacaq

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan futzal millisi bu gün Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, 5-ci qrupda yer alan yığma Xorvatiya seçməsi ilə qarşılaşacaq. Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan seçməsi əsas mərhələdə keçirdiyi ilk matçda İsveçlə 3:3 hesablı heç-heçə edib.

Seçilən
43
10
azertag.az

10Mənbələr