AZ

Azərbaycan basketbol yığmalarının Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı, 31 yanvar, AZƏRTAC

Basketbolun 3x3 növü üzrə Azərbaycan yığmalarının Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Basketbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişilərdən ibarət milli komanda İrlandiya, Kosovo, Kipr, Albaniya, Malta seçmələri ilə, qadın yığması isə İrlandiya, Kosovo, Kipr və Malta kollektivləri ilə üz-üzə gələcək. Oyunlar iyunun 7-8-də Kosovonun paytaxtı Priştina şəhərində keçiriləcək

Qeyd edək ki, həm kişi, həm də qadın kateqoriyasında yalnız təsnifat mərhələsinin qalibi Avropa Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Seçilən
7
4
azertag.az

10Mənbələr