Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavitBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davametdirilib.
Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, CamalRamazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim GünelSəmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərinhər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçünvəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər, onlarınmüdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqivarisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edənprokurorlar iştirak ediblər.
Budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs LevonMnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar,zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindənsuallar verilib.
Təqsirləndirilən şəxs ona cinayətkar birliyin tərkibindəfunksiya və vəzifələr, Azərbaycanın vaxtilə Ermənistan tərəfindənişğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələkeçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altındafəaliyyət göstərmiş qondarma rejimdə hərbi birləşmələr və “ordu”nunfəaliyyəti, hərbi xidmətkeçmə qaydaları, işğal altındakı ərazilərəsilahların danışması və yerləşdirilməsi, qondarma rejimin“ordusu”nda “rütbələr”in verilməsi, “vəzifələr”ə təyinatlarınaparılması və “vəzifə”dən çıxarma, “ştat vahidləri”nin təsdiqi,maliyyənin ayrılması, Qarabağdakı hərbi qulluqçulara “əməkhaqqı”nınödənilməsi, hərbi təlimlərin və toplanışların keçirilməsi, hərbiqulluqçuların məsuliyyət məsələlərinin həlli, həmin proseslərdəErmənistan dövlətinin, onun dövlət qurumlarının, silahlıqüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dairsuallar ünvanlanıb.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş ProkurorluğunDövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi NəsirBayramovun suallarına cavab verərkən Qarabağda hərbi xidmətə1992-ci ildə başladığını və həmin il oktyabrın 2-də döyüşlərdəyaralandığını, 1993-cü ildən 2012-ci ilədək qondarma qurumun“ordusu”nda hərbi xidmətini müxtəlif vəzifələrdə davam etdirdiyini,sonra isə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisininmüavini təyin olunduğunu bildirib. 2015-ci ildə həmin vəzifədəçalışan təqsirləndirilən şəxs vaxtilə işğal edilmiş ərazilərdəmövcud olmuş qondarma rejimin “müdafiə naziri” – “ordu komandanı”“vəzifəsi”nə təyin olunduğunu deyib. Bildirib ki, sonradanErmənistanın müdafiə naziri təyin olunan Seyran Ohanyan da əvvəlcəqondarma rejimdə müxtəlif “vəzifələr” tutub. “Qarabağdakı“vəzifələr”dən əvvəl isə o, 366-cı alayda tabor komandiri olub”, -deyə Levon Mnatsakanyan əlavə edib.
O etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrətəyinatlarla bağlı qərarlar Ermənistanda verilib.Polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrintəyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi,müdafiə naziri və prezidenti edib. “Mən isə “ordu”nun “komandiri”kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələrə təyin edə, mayoraqədər rütbə verə bilərdim”, - deyə o bildirib.
Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin“ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi,silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindəntəmin edilirdi. O, daha sonra deyib: “Bizdə təchizat xidməti varidi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdimolunurdu. Yəni, silah-sursat təminatı Ermənistanın MüdafiəNazirliyi tərəfindən həyata keçirilirdi”.
Levon Mnatsakanyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevinsuallarına cavabında bildirib ki, 2015-ci ilin iyun ayında onuqondarma rejimin “müdafiə naziri” - “ordu”nun “komandanı”vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan təyinedib.
Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiənaziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədətəqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib.
Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onuqəbul edib. “Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”,- deyə təqsirləndirilən şəxs əlavə edib.
Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı “rəsmiməlumat”a görə, Levon Mnatsakanyanı “müdafiə naziri” “vəzifəsi”nəguya ovaxtkı “prezident” Bako Sahakyan təyin edib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandırarkən təqsirləndirilən şəxs LevonMnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmətetmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarınıntörətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın HərbiPolisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğuaparıb.
O, işğal edilmiş ərazilərdə “Ermənistan Respublikasının Xankəndihərbi polis bölməsi” adlı qurumun fəaliyyət göstərməsinə isə “Eyniordunun bölməsi olduğuna görə belə bir qurum var idi” cavabınıverib.
Mnatsakanyan daha sonra cinayət işlərinə Ermənistan ərazisindəyerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.
Dövlət ittihamçısı Fuad Musayevin də suallarını cavablandırantəqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundanhərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzindətörətdikləri hərbi cinayətlər işğal altındakı ərazilərdə ermənisakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq,Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb vəqərar verilib.
Levon Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 minhərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətlihərbi xidmətə göndərilib.
O, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərəgətirildiyini deyib.
Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmətedənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faiziisə işğal edilmiş ərazilərdə yaşayan erməni sakinlər olub.
Təqsirləndirilən şəxs daha sonra qeyd edib: “Xidmət zamanıonların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabeolurdular və hərbi geyimləri də eyni idi".
O, işğal edilmiş ərazilərdəki və Ermənistandakı Ermənistanhərbçilərin eyni nizamnamə ilə işlədiklərini də bildirib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarınıcavablandırarkən Levon Mnatsakanyan bir dəfə onlara xaricdən binoklgətirilmsindən də danışıb: “2015-ci il, yaxud ondan əvvəl idi,dəqiq bilmirəm, Ermənistana Amerikadan və ya haradansa binokllar vədigər ləvazimatlar gətirmişdilər. Onu da sonradan birbaşa gətirməyiqadağan etdilər. Həmin yardımlar gəlib Ermənistan MüdafiəNazirliyinin bazasına yığılırdı, ondan sonra paylanırdı”.
Levon Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmişərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahlarıolmayıb.
Bundan başqa, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarınacavab verən Mnatsakanyan qondarma rejimin “müdafiə naziri” olduğuvaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahlarıgörmədiyini bildirib.
O, Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinətutulması barədə əmrin kim tərəfindən verilməsi barədə dəprokurorların suallarını cavablandırıb və deyib ki, bu cüratəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin başqərargah rəisi verə bilərdi. “Baş qərargah rəisi əgər əmr verəbilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlərazılaşdırmalı idi?” sualına isə L.Mnatsakanyan “Müharibə zamanıbaş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə”.
“Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur?”sualına isə təqsirləndirilən şəxs “Ermənistanda Baş nazirdir. Həminvaxt baş qərargah rəisi Onik Qadparyan, baş nazir isə NikolPaşinyan idi” cavabını verib.
O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10metr olduğunu deyib. Prokurorun “Sizcə, 44 günlük müharibə zamanıGəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsiraketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflərqəsdən seçilib?” sualına isə belə cavab verib: “Bir neçə dəfəolubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, birneçə dəfədirsə, təsadüf deyil... Bilmirəm”.
L.Mnatsakanyan deyib ki, qondarma rejimdə “müdafiə naziri”“vəzifəsi”ndə olduğu müddətdə hansısa dəyişiklik, islahat, hadisəbarədə rejimin “prezident”inə məruzə etməyib. “Ümumi təmaslar olabilərdi, başqa heç nə. Mən Ermənistan silahlı qüvvələrinin başqərargahına məruzə edirdim”, - deyə o bildirib.
Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşlərizamanı da Ermənistan silahlı qüvvələrinin baş qərargahına məruzəetdiyini, Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nə isə heç birməlumat vermədiyini bildirib.
L.Mnatsakanyan qeyd edib ki, qondarma rejimdə “ordu”nun inkişafplanını və digər sənədlərini Ermənistan silahlı qüvvələrinin başqərargah rəisi təqdim edir, Ermənistan rəhbəri isə təsdiqləyirdi,qondarma rejimin “prezident”inin bu məsələ ilə bağlı heç birsəlahiyyəti olmayıb.
Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ildə 44 günlük müharibəzamanı Arayik Harutyunyanın tapşırığı ilə Talış kəndi və cənubistiqamətində döyüş bölgəsində artilleriya bölməsində olduğunu daetiraf edib. “Gəlib dedim ki, orada qanunsuzluq hökm sürür,bardaqdır”, - deyə o əlavə edib.
O, Qarabağa minaların Ermənistandan gətirildiyini də etiraf edibvə bildirib: “Ermənistanda piyada əleyhinə mina istehsalolunurdu”.
Daha sonra Levon Mnatsakanyana aid sənədlər tədqiq olunub.Dövlət ittihamçısı bildirib ki, erməni dilində sənədlərin tədqiqiilə Levon Mnatsakanyanın məhkəmədə verdiyi ifadə təsdiqlənib.
O, suallara cavabında Ruben Vardanyanı təxminən 2005-2008-ciillərdən tanıdığını da bildirib.
Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək. Növbəti prosesdətəqsirləndirilən şəxslərə suallar veriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittihamedilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.