AZ

Zaxarova: "ABŞ hərbi texnikasının Ermənistana köçürülməsi regionda sabitliyə zərbə vuracaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya tərəfi ABŞ-nin Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara yüzlərlə müxtəlif avadanlıq və texnika köçürmək niyyətində olduğu ilə bağlı xəbərləri görüb".
Oxu.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu mövzuda NEWS.ru-nun sualına cavab verərək qeyd edib ki, əgər məlumat təsdiqlənərsə, bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün pozucu amil olacaq.
"Mən indi hər hansı hipotetik fərziyyələr qurmağı lazımlı hesab etmirəm, lakin əgər bu məlumat təsdiqlənərsə, əlbəttə ki, bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün pozucu amil olacaq", - diplomat vurğulayıb.
Seçilən
183
50
oxu.az

10Mənbələr