AZ

“Azərbaycan yığması çox bacarıqlıdır, topla yaxşı oynayırlar" - Yatıb, yuxuda görüb?

Belarus millisinin futbolçusu Artem Kontsevoy Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Belarus mətbuatına danışan “Rodina”nın yarımmüdafiəçisi matç haqda bunları deyib:

"Düşünürəm ki, Azərbaycan millisi çox bacarıqlı rəqibdir. Onlar topla yaxşı oynayırlar.

Biz artıq Bakıda məşq etmişik. Hava ümumiyyətlə rahatdır, təxminən 10 dərəcədir, futbol üçün uyğundur".

Azərbaycan – Belarus oyunu martın 25-də “Bank Respublika Arena” stadionunda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Seçilən
32
49
sportinfo.az

10Mənbələr