AZ

"Qarabağ"da gözdən itdi, 1 milyon avroya satıldı

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Yunanıstanda klubunu dəyişəcək.

Sportinfo.az xəbər verir ki, hazırda "Panserraikos"da çıxış edən gürcü qolkiper PAOK-a keçəcək.

Bu barədə yunan mediası məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. PAOK Luka üçün onun klubuna 1 milyon avro təzminat ödəyib.

25 yaşlı "əlcək sahibi" Saloniki təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Luka Quqeşaşvili mövsümün əvvəlində "Qarabağ"dan "Panserraikos"a keçib. Gürcüstan millisinin üzvü Super Liqa təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.

Seçilən
40
3
sportinfo.az

10Mənbələr