1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, sabiq prezidentCon Kennedinin qatilinə kömək edilib.
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbər verdiyinə görə, Tramp bu fikrini radioaparıcı Kley Trevislə söhbət zamanı ifadə edib.
Jurnalist Trampdan 1963-cü ildə Con Kennedinin öldürülməsi ilə bağlı Federal Təhqiqat Bürosunun (FTB) əvvəllər gizli saxlanılan sənədləri barədə soruşub:
"Siz bu sənədlərin açıqlanması əmrini vermisiniz. Hələ də düşünürsünüz ki, Kennedini Osvald öldürüb?" - deyə radioaparıcı soruşub.
"Bəli. Mən həmişə bu versiyaya meyil etmişəm, amma təbii ki, ona kömək edilib", - deyə Tramp cavab verib.
Eyni zamanda, o, Kennedinin qatilinə kömək edən şəxslər barədə heç bir dəlil gətirməyib.