AZ

ABŞ Venesueladan neft və qaz alan ölkələri cəzalandıracaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hökuməti 2 apreldən etibarən Venesueladan neft və ya qaz alan ölkələrə 25% miqdarında idxal rüsumu tətbiq etməyi planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində açıqlayıb.
"Venesueladan neft, yaxud qaz alan hər hansı bir ölkə ABŞ ilə bütün ticarət əməliyyatları üzrə 25% tarif ödəməyə məcbur olacaq", - deyə Tramp bildirib.
ABŞ prezidentinin "ikinci dərəcəli rüsumlar" adlandırdığı bu tədbir, Trampın iddiasına görə, Venesuelanın ABŞ-yə cinayətkarları göndərməsi səbəbi ilə tətbiq edilir.
Seçilən
81
50
oxu.az

10Mənbələr