AZ

Tramp: Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

Vaşinqton, 26 mart, AZƏRTAC

“Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, intensiv müzakirələr davam etdirilir.

“Biz iki istiqamət üzrə əhəmiyyətli irəliləyiş əldə etmişik. Davamının nə olacağını görəcəyik. Rusiya və Ukrayna ilə dərin danışıqlar aparırıq. Deyə bilərəm ki, bu danışıqlar uğurlu gedir”,- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
121
50
azertag.az

10Mənbələr