Çində 25 yaşında "minilliyin uşağı" kimi tanınan Syan adlı qız vəfat edib. O, 1 yanvar 2000-ci il tarixində, saat tam 00:00-da dünyaya gəlib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qızın vəfat xəbərini anası sosial şəbəkələrdə paylaşıb.
O yazıb ki, qızının ölüm səbəbi ürəyin qəflətən dayanması olub.
Qeyd edək ki, Syan çin dilindən tərcümədə məhz "minillik" deməkdir.
Milli.Az