Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dolları, yaxud 1,72 % artaraq 76,29 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti isə 74,04 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.\,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.