“Ey AFFA rəhbərliyi, nəyi gözləyirsiz?
Qoca, tükənmiş Fernandu Santuşdan mədət ummaq olmaz.
Zərərin yarısından dönmək kardır. Vaxt itkisinə zaman yoxdur.
Namizədlərim Qurban Qurbanov, Rəşad Sadıqov, Mahmud Qurbanov və Ayxan Abbasovdur. Yerli çalışdırıcı olmadan millimiz çöküşə məhkumdur”.
Bu sözlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist milli komandamızın baş məşqçi postuna yerli namizədin vacibliyini diqqətə çatdıraraq, əcnəbilərin mental cəhətdən daha hazırlıqsız olduğunu söyləyib.