“Real” “Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Stillerə göz dikib.
“Kral klubu”nun “Çelsi”nin futbolçusu Enzo Fernandeslə maraqlandığı deyilir, ancaq bir problem var: argentinalı futbolçunun qiyməti çox yüksəkdir.
Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, madridlilər daha ucuz başa gələcək Stillerin namizədliyinə keçməyə hazırdırlar.
“Ştutqart”ın yarımmüdafiəçisinin dəyəri 32 milyon avro qiymətləndirilir.
“Bayern”in yetirməsi Almaniya millisinin heyətində dörd oyuna çıxıb, həmçinin UEFA Millətlər Liqasının 1/4 finalında İtaliyaya qarşı son cavab matçında (3:3) iştirak edib.
Stillerin gələn ay 24 yaşı tamam olacaq.