AZ

Avropanın Ukrayna ilə planları məlum olub: Hansı ərazilərdə qoşun yerləşdirəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa Ukraynada, o cümlədən Dnepr çayı boyunca qoşun yerləşdirmək üçün müxtəlif variantları nəzərdən keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" agentliyi fransalı məmura istinadən məlumat verib.
"Fransanın üstünlük verdiyi mümkün variant koalisiya üzvləri tərəfindən əhəmiyyətli sayda qüvvələrin Ukraynanın mərkəzində, Dnepr çayı boyunca, cəbhə xəttindən uzaqda yerləşdirməsini nəzərdə tutur", - deyə materialda bildirilib.
Materialda qeyd olunur ki, martın 27-də Parisdə "Arzu edənlər koalisiyası"nın sammiti keçiriləcək və burada Ukrayna üçün təhlükəsizlik təminatları, həmçinin sülhməramlıların orada yerləşdirilməsi müzakirə olunacaq.
Seçilən
109
50
oxu.az

10Mənbələr