AZ

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında tədarükü üçün qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir troy unsiyası üçün 3100 dollardan yuxarı qalxıb.
Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilir.
Bakı vaxtı ilə saat 18:49-a olan məlumata görə, qiymətli metalın qiyməti 1 troy unsiyası üçün 3100,4 dollar (+1,58%) təşkil edib.
Eyni zamanda, 2025-ci ilin aprel ayı üçün qızıl füçerslərinin qiyməti 0,88% artaraq 1 troy unsiyası üçün 3 065,3 dollar təşkil edib.
Seçilən
142
50
oxu.az

10Mənbələr