AZ

Millimizin sabiq hücumçusu Almaniyada dubl etdi

Almaniyada Şimal-Şərq Regional Liqasının 23-cü turunun təxirə salınmış matçında Berlin "Dinamo"su səfərdə "Zehlendorf"un qonağı olub.

Sportinfo.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi "Dinamo" bu matçda 5:3 hesablı qələbə qazanıb.

Dadaşov matçda 3-cü və 75-ci dəqiqələrdə qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub. 33 yaşlı hücumçu bu mövsüm ümumilikdə komandanın heyətində 15 qola imza atıb.

"Dinamo" bu qələbə ilə xallarının sayını 40-a çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Seçilən
53
3
sportinfo.az

10Mənbələr