AZ

Azərbaycanda tələbə qız atasının qəbrinin yanında intihar etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncədə 21 yaşlı qız intihar edib.
Oxu.Az-ın məlumatına görə, 2004-cü il təvəllüdlü Nüşabə Məmmədova canına qəsd edib.
Onun intiharına səbəb kimi 2021-ci ildə atasının ölümündən psixoloji sarsıntı keçirməsi olub.
Məlumata görə, o, martın 26-da gecə saatlarında atasının qəbrinin yanında "Esens" məhlulu içib.
O, ağır vəziyyətdə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və orada vəfat edib.
Onun Gəncə Dövlət Universitetinin tələbəsi olduğu bildirilir. Gənc qız həm də rəssam kimi fəaliyyət göstərib.
Samir İsayev
Seçilən
59
34
oxu.az

10Mənbələr