Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.