AZ

"Neftçi"nin sabiq baş məşqçisi geri qayıtmaq istəyir

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç Rusiya Premyer Liqasına qayıtmaqdan istəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, “РБ Спорт”a açıqlama verən monteneqrolu mütəxəssis belə danışıb:

“Rusiyaya yenidən qayıtmağa hazır olub-olmamağımla bağlı tez-tez mənə sual verirlər. Məşqçilik etmək üçün məmnuniyyətlə Rusiyaya qayıdaram. G

eri qayıtmaq üçün təklif olubmu? Mən hər zaman iş başında olmuşam deyə, geri qayıtmaq imkanı yox idi”.

Hazırda Bojoviç İranın “Esteqlal”(Xuzestan) klubunu çalışdırır. Onun komandası 22 turdan sonra 25 xalla 12-ci pillədədir.

56 yaşlı məşqçi 2023-cü il dekabrın 24-dən 2024-cü il iyunun 30-na qədər “Neftçi”nin baş məqşçisi olub.

Seçilən
36
2
sportinfo.az

10Mənbələr