"Qarabağ" Premyer Liqada bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.
Sportinfo.az xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.
Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.
19:30. “Turan Tovuz” – “Qarabağ” 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu