Martın 29-da ABŞ-nin 30-dan çox ştatında İlon Maskın "Tesla" çirkətinə qarşı 200-dən çox dinc etiraz aksiyaları planlaşdırılıb.
Oxu.Az bu barədə "NBC News" kanalı məlumat yayıb.
Qeyd olunur ki, "Tesla"nın demontajı" adlı kampaniya çərçivəsində "dinc etirazlar günü" planlaşdırılıb. Hərəkatın təşkilatçıları Maskın sərvətinin əsasını təşkil edən elektrik avtomobil şirkətinin səhmlərinin satışları və qiymətini aşağı salmaqla, onun siyasi mövqeyinə xələl gətirməyə ümid edirlər. Hərəkatın "Bluesky" onlayn platformasındakı paylaşımında qeyd olunur ki, ABŞ-də "Tesla"nın 277 obyektinin yaxınlığında etiraz aksiyaları keçiriləcək.
Ümumilikdə təşkilatçılar dünya üzrə 500-dən çox mitinqin keçiriləcəyini gözləyirlər. Təşkilatçıların rəsmi "Tesla Takedown" saytında nümayişlərin keçiriləcəyi 30-dan çox ştatında, eləcə də Böyük Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələrində şirkətin 20-dən çox obyektinin ünvanı göstərilir.
"Dinc toplantılar"ın təşkilatçıları hesab edirlər ki, Mask "Tesla"nın hesabına qazandığı sərvətdən istifadə edərək ABŞ-də demokratiyanı məhv edir.
"Cebheinfo.az"