AZ

SEPAH generalı İran xalqını "böyük əməliyyata hazırlaşmağa" çağırdı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı İran xalqını "böyük əməliyyata hazırlaşmağa" çağırıb

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Qeyd olunur ki, bu gün İran SEPAH komandirinin müavini general Məhəmmədrza Nəqdi ABŞ və İsrailin hazırda ən zəif mövqedə olduğunu bildirib.

"Biz 46 il əvvəl başladığımız işi şərəf və ləyaqətlə başa çatdırmalıyıq və bu, tezliklə baş verəcək", - deyə o bildirib.

İran xalqını "böyük əməliyyata" hazırlaşmağa çağıran SEPAH generalı bildirib ki, iranlılar "Müqavimət cəbhəsi"ndə iştirak etmək üçün Qəzzaya göndərilmələrini istəyirlər.

Seçilən
120
2
hakimiyyet.az

10Mənbələr