AZ

"Neftçi" kimə uduzdu?

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Xilasedici MOİK”-i, “Azərreyl” "Gənclər"i 3:0 hesabı ilə üstələyib.

“Murov Az Terminal” isə "Neftçi"ni məğlub edib - 3:1.

“Azərreyl” 41 xalla liderdir. İkinci sıradakı "Murov Az Terminal" da eyni xala malikdir.

"Xilasedici" 39 xalla üçüncü, "Neftçi" 23 xalla dördüncü pillədə qərarlaşıb. Beşinci sıradakı MOİK-in 8, sonuncu - altıncı yerdəki "Gənclər"in 1 xalı var.

Seçilən
51
49
sportinfo.az

10Mənbələr