AZ

Azərbaycan millisi bu gün Türkiyə yığması ilə qarşılaşacaq





19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində bu gün Türkiyə ilə üz-üzə gələcək.

Newscenter.az-ın məlumatına görə, Xorvatiyada təşkil olunacaq VII qrupun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qarşılaşma Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.
Seçilən
117
11
newscenter.az

10Mənbələr