AZ

Ölkə ərazisində silah sursat tapılıb

Ötən gün ölkə ərazisində silah sursat tapılıb.

Martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 4 qumbara, 6 tüfəng, 9 patron darağı və 752 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
76
3
operativmedia.az

10Mənbələr