19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində bu gün Türkiyə ilə üz-üzə gələcək.Demokrat.az-ın məlumatına görə, Xorvatiyada təşkil olunacaq VII qrupun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.Qarşılaşma Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq.