AZ

Bu il bələdiyyə sədri seçilmişdi: Vəfat etdi

Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Teleqraf.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Talıbov bu ilin yanvarın 29-u keçirilən seçkilərdə bələdiyyə sədri seçilmişdi. O, daha əvvəllər kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb.

"Cebheinfo.az" 

Seçilən
62
4
cebheinfo.az

10Mənbələr