1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ müdafiə naziri Pit Heqset arvadı Cennifer Heqseti Pentaqonda xarici həmkarları ilə məxfi məsələlərin müzakirə olunduğu görüşlərə aparıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri yazıb.
"Hərbi zərbənin detallarını açıqladığı üçün ciddi nəzarət altında olan müdafiə naziri Pit Heqset "Fox News"un keçmiş prodüseri olan həyat yoldaşını məxfi məlumatların müzakirə olunduğu xarici hərbi həmkarları ilə iki görüşə aparıb", - deyə nəşr bildirib.
WSJ-nin məlumatına görə, C.Heqset ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstək verməkdən imtina etməsi ilə bağlı baş tutan görüşdə də iştirak edib. Söhbət məxfi xarakter daşıyıb. Görüşün hər bir iştirakçısında müvafiq giriş icazəsi olub.
Xatırladaq ki, daha əvvəl Pit Heqset və bir sıra dövlət rəsmiləri Yəmən husilərinə qarşı hərbi əməliyyatların detallarını "Signal" mesencerində müzakirə etmələri və məxfi məlumatların ictimaiyyətə sızması qalmaqalı ilə bağlı məhkəməyə veriliblər.