Alanyada 3.9 bal gücündə zəlzələ olub.
Musavat.com xəbər verir ki, Türkiyənin Antalya vilayətinin Alanya rayonunda 3.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ rayon mərkəzində və ətrafdakı beş kənddə zəif şəkildə hiss olunub. Bəzi sakinlər titrəməni hiss edərək qorxu içində bayıra çıxıblar.
AFAD-ın məlumatına görə, Alanya mərkəzində saat 01:36-da qeydə alınan zəlzələ yerin 12 kilometr dərinliyində baş verib. Zəlzələni hiss edən sakinlər təkanları hiss etdikləri anda çölə çıxdıqlarını bildiriblər. Qorxu yaradan zəlzələ nəticəsində hər hansı bir dağıntı və ya tələfat qeydə alınmayıb. Sarsıntı Soğukpınar, Orhanköy, Karamanlar, Akdam və Güneyköy kəndlərində də hiss edilib.
Mənbə: https://www.iha.com.tr/antalya-haberleri/alanyada-39-buyuklugundeki-deprem-korkuttu-214696850
Musavat.com