1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Trampın qlobal ticarət sistemində yaratdığı sarsıntı tariflər tətbiq etdiyi digər böyük ölkələrin iqtisadiyyatları ilə müqayisədə ABŞ aktivlərinə daha çox zərər vurur.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
ABŞ fond indeksinin füçersləri 4%-dən çox, dollar isə 1.3% ucuzlaşıb. ABŞ valyutası 2.26% ucuzlaşıb (1 avro = 1,11 dollar).
Jurnalistlərin fikrincə, çərşənbə günü dünya bazarlarında baş verən kütləvi satışlar açıq şəkildə göstərir ki, investorlar artan ticarət müharibəsində son zərbədən heç kimin qalib gələcəyini gözləmirlər və ola bilsin ki, ABŞ özü də Trampın proteksionist siyasətinin ən böyük qurbanlarından birinə çevrilsin.