Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,89 ABŞ dolları, yaxud 6,24 % azalaraq 73,48 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 72,49 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,81 ABŞ dolları və ya 6,28% azalaraq 71,81 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Bizim.Media