AZ

Qanunsuz silahlarla bağlı əməliyyat və profilaktik tədbirlər

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib.  

Aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 tüfəng, 2 patron darağı və 807 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV

XQ

Seçilən
156
23
xalqqazeti.az

10Mənbələr