AZ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidmətindən Gender.Az-a verilən məlumata görə, aprelin 5-i gündüz və 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Naxçıvan MR, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Şirvan, Şamaxı, Siyəzən, Quba, Qusar, Şabran, Xaçmaz, Goranboy, Göygöl, Gəncə, Naftalan, Mingəçevir, Göyçay, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Zaqatala, Balakən, Qax, Lənkəran, Astara, Cəlilabad və Masallıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xızı, Daşkəsən, Zəngilan, Kəlbəcər, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Seçilən
169
49
gender.az

10Mənbələr