AZ

“Aras Agro” MMC-nin anbarında və satış mağazasında istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr aşkarlanıb

“Aras Agro” MMC-nin Xaçmaz rayonu, Yalama kəndində yerləşən pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarında, həmçinin Xaçmaz-Xudat yolunda yerləşən satış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama aparıblar.

Agentlikdən FED.az-averilən məlumata görə, yoxlama zamanı anbarda və satış mağazasında istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Bununla yanaşı, pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən olunub.

Faktla bağlı istifadəyə yararsız preparatlar satışdan kənarlaşdırılıb, həmçinin şirkətə məxsus pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının fəaliyyətinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq olunub.

Uyğunsuzluq aşkarlanan məhsullarla https://afsa.gov.az/az/xeberler/aras-agro linki vasitəsilə tanış olmaq olar.

“Aras“Aras“Aras“Aras“Aras“Aras
Seçilən
162
50
fed.az

10Mənbələr