AZ

Kliniki Tibbi Mərkəzdə bəzi əməliyyatların icrası DAYANDIRILIB

Kliniki Tibbi Mərkəz ilə bağlı redaksiyamıza şikayət daxil olub.
 
Oxu.Az-a danışan Aysel Həsənova qeyd edib ki, valideyninin əməliyyatı günlərdir, icra olunmur.
 
O, şikayətini belə izah edib:
 
"Anam 2024-cü il 9 oktyabr tarixində Kliniki Tibbi Mərkəzdə əməliyyat keçirib. 4 aprel 2025-ci il tarixində yenidən əməliyyat üçün xəstəxanaya müraciət etsək də, adıçəkilən xəstəxananın sterilizasiya aparatlarının 4 gündür işləmədiyi üçün əməliyyatı icra etməyəcəklərini qeyd etdilər. Aparatların hansı səbəbdən işləmədiyi barədə bizə məlumat verməyiblər.
 
Bülleten tarixinə əsasən, anam 8 aprel tarixində əməliyyat olunmalıdır. Müraciət etdikdə isə bizə qeyd olunan tarixə kimi aparatların bərpa olunub-olunmamasının məlum olmadığını dedilər. Hazırda Kliniki Tibbi Mərkəz yalnız təcili yardım üçün gələn xəstələri qəbul edir. Anam günlərdir, dözülməz ağrılardan əziyyət çəkir.
 
Necə olur ki, xəstəxanada əməliyyat olunası adamı gözlədirlər? 8 aprel tarixinə kimi aparatları işə düşəcəkmi? Belə bir problem varsa, 4 gündür, niyə həll edilmir?"
 
Məsələyə aydınlıq gətirmək üçün Kliniki Tibbi Mərkəzə üz tutduq.
 
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, avtoklav sterilizasiya aparatında yaranmış texniki nasazlığa görə bir sıra travmatoloji əməliyyatların icrasında müvəqqəti fasilə yaranıb:
 
"Sözügedən avtoklav aparatının təmiri prosesinə artıq başlanılıb, növbəti həftədən etibarən tam funksional vəziyyətə gətiriləcək və əməliyyatların icrasına başlanılacaq".
Seçilən
116
8
moderator.az

10Mənbələr