1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyədə Rusiyanın "Rutube" videohostinqinə giriş bloklanıb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə İnformasiya Texnologiyaları İdarəsi qərar çıxarıb.
Qərarda bloklanmaya səbəb kimi sözügedən platformada qanunsuz mərc oyunlarına dair reklamların yer alması göstərilir.
Qeyd edək ki, bloklama qərarı məhkəmə deyil, bilavasitə tənzimləyici tərəfindən qəbul edilib.