AZ

10 gün fiziki hərəkətsizlik beyin üçün zərərlidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Missuri Universitetinin alimləri müəyyən ediblər ki, cəmi 10 gün fiziki aktivsizlik siçovulların beynində Altshemyer xəstəliyi ilə əlaqəli erkən dəyişikliklərə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Applied Physiology" nəşrində dərc edilib.
Eksperiment göstərib ki, 10 gün ərzində hərəkətdən məhrum olan siçovulların beynin yaddaş və öyrənmə üçün cavabdeh olan hipokampus bölgəsində sərbəst radikalların hasil edilməsi artıb.
Alimlər izah ediblər ki, sərbəst radikallar oksidləşmə yolu ilə hüceyrələrə zərər verən oksigenin aktiv formalarıdır.
Bundan əlavə, tədqiqatçılar 10 günlük fiziki hərəkətsizlikdən sonra gəmiricilərin beyinlərində Altsheymer xəstəliyi ilə əlaqəli spesifik zülalların səviyyəsinin artdığını aşkar ediblər.
Alimlərin fikrincə, müntəzəm fiziki fəaliyyət insanın həm fiziki, həm də psixi sağlamlığı üçün həlledici önəm daşıyır.
Seçilən
241
1
oxu.az

10Mənbələr