Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulacaq.
Son oyun günündə iki qarşılaşma baş tutacaq.
Operativ Media xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Neftçi"ni qəbul edəcək.
Digər qarşılaşma isə "Araz-Naxçıvan" "Sumqayıt" arasında keçiriləcək.
Azərbaycan Premyer Liqası
29-cu tur
7 aprel
15:30 Şamaxı – Neftçi
Baş hakim: Fərid Hacıyev
Şamaxı şəhər stadionu
18:00 Araz-Naxçıvan – Sumqayıt
Baş hakim: Cavid Cəlilov
“Liv Bona Dea Arena”