AZ

Türkiyə Superliqası: Azlıqda qalan "Beşiktaş" məğlub olmadı

Türkiyə Superliqasının 30-cu turunda "Beşiktaş" səfərdə "Kasımpaşa"nın qonağı olub.
 
Qarşılaşma İstanbul klubu üçün uğursuz olub.
 
Belə ki, "qartallar" artıq 14-cü dəqiqədə qapılarında top görüblər. Bu azmış kimi, ilk hissənin sonlarında komanda azlıqda qalıb.
 
Lakin təslim olmayan "Beşiktaş" 90-cı dəqiqədə dəqiq yerinə yetirilən penalti ilə məğlubiyyətdən qurtulub - 1:1.
 
Hazırda Sulşerin yetirmələri yarış cədvəlində 48 xalla 4-cü yeri tuturlar. "Kasımpaşa" isə 39 xalla 9-cu pillədə qərarlaşıb.

 

Seçilən
106
4
moderator.az

10Mənbələr