Bill Qeytsin kiçik qızı 22 yaşlı Fibi Qeyts hələ də öz biznesini qura bilmədiyini bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Mail Online" nəşrinə danışıb.
Fibi bildirib ki, bizneslə məşğul olmaq qərarına gəlib və atasının bütün nailiyyətlərinə arxalanıb. Onun ilk biznesi Bluetooth ilə tamponlarla bağlı olub. Lakin o bununla heç bir uğur qazanmayıb.
"Beləliklə, Bill Qeytsin qızı olmaq sizə mütləq uğur qazandırmır", - deyə Fibi bildirib.