AZ

Övladı və qayınanasının ölümünə dözməyən qadın intihara cəhd etdi

Mingəçevirdə 36 yaşlı qadın intihara cəhd edib.

"Unikal"ın məlumatına görə,  1989-cu il təvəllüdlü,  Kəlbəcər rayon Zar kənd sakini Rzayeva Səadət Rəşid qızı dərman içərək özünü öldürmək istəyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən qadının məktəbli oğlunu maşın vuraraq öldürüb. Buna dözə bilməyən uşağın nənəsi də dərman içərək həyatına son qoymuşdu. 

Ehtiram Muradov

Seçilən
134
28
unikal.az

10Mənbələr