Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "Meta"nın bu yeni funksiyası keçən il "İnstagram"da tətbiq edilmiş təkmilləşdirilmiş məxfilik parametrləri və valideyn nəzarəti xüsusiyyətlərinin davamıdır. Şirkət bildirir ki, bu yeniliklər yeniyetmələrin sosial mediada keçirdikləri vaxtla bağlı narahatlıqları azaltmağa yönəlib.
"Meta"nın təhlükəsizlik tədbirlərini genişləndirməsi, ABŞ-da bəzi qanunvericilərin sosial medianın uşaqlara təsirini azaltmaq məqsədilə irəli sürdüyü qanun layihələri ilə eyni vaxta təsadüf edir. Bunlara Uşaqların Onlayn Təhlükəsizliyi Aktı (KOSA) və Yeniyetmələrin Məxfiliyinin Qorunması Qanunu daxildir.
"Meta" bildirib ki, 16 yaşdan kiçik istifadəçilər platformada canlı yayıma başlamazdan və ya birbaşa mesajlarda çılpaqlıq ehtiva edən şəkilləri görmək imkanını aktivləşdirməzdən əvvəl valideyn razılığı tələb olunacaq. Şirkət bu dəyişikliklərin yaxın aylarda mərhələli şəkildə tətbiq olunacağını bildirib.