AZ

Tramp 75-dən çox ölkəyə rüsumları dayandırdı

ABŞ 75-dən çox ölkəyə ticarət rüsumlarını 90 gün müddətinə dayandırıb.

Bu barədə ölkə Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"75-dən çox ölkənin ABŞ nümayəndələrini ticarət, ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlar aparmağa çağırması faktına əsaslanaraq, mən 90 günlük fasiləyə və həmin müddət ərzində 10 faizlik qarşılıqlı tarifin əhəmiyyətli dərəcədə azaldılmasına icazə verdim", - Tramp qeyd edib.

Tramp vurğulayıb ki, tariflərin dayandırılması dərhal qüvvəyə minir.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. \\Axar.Az

Seçilən
199
50
hurriyyet.az

10Mənbələr