ABŞ-ın maliyyə naziri Skott Bessent Avropa İttifaqına Çinlə yaxınlaşıb, ABŞ-dan uzaqlaşmamaq barədə xəbərdarlıq edib. Onun fikrincə, belə olan halda Aİ "öz boğazını kəsəcək"...
Poliqon xəbər verir ki, bu barədə C-SPAN kanalı məlumat yayıb.
Dünən, aprelin 9-da İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın tarif siyasətindən sonra Aİ-nin Çinlə bağlı mövqeyini, Çinin isə Avropa ilə bağlı mövqeyini dəyişməli olduğunu bildirib.
Bessentin sözlərinə görə, ABŞ müttəfiq dövlətlərlə bir sıra ticarət razılaşmaları əldə etməyi gözləyir.
"Onlar yaxşı hərbi müttəfiqlər idilər, lakin ideal ticarət tərəfdaşları deyildilər" deyən nazir hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
Aprelin 2-də Donald Tramp AB daxil olmaqla 185 yurisdiksiyadan mallara idxal rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Aprelin 9-da ABŞ prezidenti bütün dünya ilə ticarət qarşıdurmasının inkişafı üçün 90 günlük fasilə elan edib.
Poliqon.info