AZ

Gəncədə yük maşını 43 yaşlı kişini vurdu

Gəncədə piyada yol qəzasında xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü A.Heydərovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
166
36
unikal.az

10Mənbələr