AZ

Həkimlərin tövsiyə etdiyi ən sağlam içki budur

Həkimlərin tövsiyə etdiyi

Sağlam içkilər deyəndə kefir, bitki çayı və ya tərəvəz suyu ağla gəlsə də, həkimlərin fikrincə, ən təsirli seçim limonlu sudur. Hər evdə tapılan bu sadə içki qaraciyəri təmizləyir, xolesterini balanslaşdırır və arıqlama prosesini dəstəkləyə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, həkim Erik Berqin sözlərinə görə, limonlu suyun faydaları təkcə təravətləndirici olması ilə məhdudlaşmır. O, limonda olan təbii maddələrin qaraciyər yağlanmasını azaltdığını, insulin müqavimətini zəiflədərək qan şəkərini tənzimlədiyini vurğulayır. Xüsusilə ketogenik pəhriz və aralıq orucla birlikdə istifadə edildikdə təsiri daha da artır.

Limonlu su həmçinin LDL xolesterin və trigliserid səviyyələrini aşağı sala, böyrək daşlarının yaranmasının qarşısını ala və immun sistemi gücləndirə bilər. C vitamini ilə zəngin olan bu içki bəzi araşdırmalara görə qocalma prosesini ləngidə və bədxassəli hüceyrələrin böyüməsinin qarşısını ala bilər.

Ancaq limonun turşuluğu səbəbilə içmədən əvvəl diqqətli olmaq lazımdır. Dr. Berq limonlu suyun yeməkdən ən az 30 dəqiqə əvvəl və ya sonra istehlak edilməsini və diş minasını qorumaq üçün pipetlə içilməsini tövsiyə edir.

Sadə, əlçatan və faydalı olan limonlu su, gündəlik sağlamlıq rutininə asanlıqla daxil edilə biləcək təbii dəstəkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
195
3
e-saglam.az

10Mənbələr