Bu gün kişilər arasında keçirilən Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Abşeron Olimpiya İdman Kompleksində “Abşeron” və NTD komandaları arasında keçirilmiş seriyanın ilk oyununda yerli komanda 88:74 hesablı qələbəyə sevinib. “Ordu” – “Quba” oyununda isə “hərbçilər” 91:83 hesablı qələbəni bayram ediblər. “Sumqayıt” basketbolçuları isə yerli azarkeşlər önündə “Sərhədçi”yə 97:123 hesabı ilə məğlub olublar.
Daha öncə “Gəncə” “Lənkəran”ı 96:92 hesabı ilə məğlub etmişdi.
Pley-in seriyalarında növbəti oyunlar 13 və 14 apreldə baş tutacaq. Seriyada ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.
Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsinin ilk oyunları
11 aprel
“Abşeron” – NTD 88:74 (26:15, 26:13, 17:23, 19:23)
Abşeron Olimpiya İdman Kompleksi.
“Sumqayıt” – “Sərhədçi” 91:83 (26:16, 13:16, 17:26, 19:17, 16:8)
Sumqayıt Olimpiya İdman Kompleksi.
“Ordu” – “Quba” 97:123 (16:32, 30:24, 24:28, 27:39)
Abşeron Olimpiya İdman Kompleksi.