AZ

Yeni Britaniya adası sahillərində 6,2 ballıq zəlzələ oldu

Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 26 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) 115 km şərqdə, ocağı isə 73 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Seçilən
155
8
publika.az

10Mənbələr