Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.
Onlar bundan sonrakı matçlarda da idarəçilik edəcəklər.