AZ

Azərbaycan çempionatında əcnəbi hakimlər

Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli 2 əcnəbi hakim dəvət olunub.

Msport.az xəbər verir ki, təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.

FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması Azərbaycanın gənc hakimləri üçün də canlı təcrübədir.

Seçilən
66
10
msport.az

10Mənbələr